Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb
Futbol
- 22 sentyabr, 2022
- 08:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa Peşəkar Futbol Liqası (LFP) "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Nant"ı cəzalandırıb.
"Report"un məlumatına görə, buna azarkeşlərin "Loryan"a səfərdə 2:3 hesabı ilə uduzduqları Liqa 1-in VII tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.
İntizam Komitəsinin qərarına əsasən, "Nant" qarşıdakı iki səfər qarşılaşmasında tərəfdarların dəstəyindən məhrum olacaq. Fanatlar oktyabrın 2-də "Monako", oktyabrın 9-da isə "Renn"lə görüşlərdə tribunaya buraxılmayacaq.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin II turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.
Son xəbərlər
15:32
Su polisi brakonyerlik etməkdə şübhəli şəxsləri saxlayıb
Digər
15:26
İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
15:24
AMB sekyuritizasiya fəaliyyətinə dair normativ-hüquqi aktlar hazırlayacaq
Maliyyə
15:23
Foto
Kürdəmirdəki avtoqəzada xəsarət alanlar evə buraxılıblar - Yenilənib-2
Hadisə
15:21
"Nar" Oyun Mərkəzində oyna, smartfon qazan!
İKT
15:12
Azərbaycanlı voleybolçu Dilarə Ağayeva: "Hər oyunda qələbə qazanmaq üçün əlimizdən gələni etdik"
Komanda
15:01
Zelenski: Rusiya-Ukrayna münaqişəsi üzrə dördtərəfli görüşə hazırıq
Digər ölkələr
14:57
Foto
AMB: Sığortaçıların maliyyə dayanıqlılığının gücləndirilməsi müzakirə olunub
Maliyyə
14:47
Bakıda yeni iqtisadi cazibə mərkəzləri formalaşdırılacaq
İnfrastruktur