Fransa klubunun yeni sahibi müəyyənləşdi

Fransa klubunun yeni sahibi müəyyənləşdi Fransanın "Lill" komandasının sahibi dəyişib.
Futbol
19 Dekabr , 2020 09:44
Fransa klubunun yeni sahibi müəyyənləşdi

Fransanın "Lill" komandasının sahibi dəyişib.

"Report" Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun səhmlərini "Callisto Sporting" şirkəti alıb. Bu dəyişiklikdən sonra "Renn"in sabiq prezidenti Olivye Letanq "Lill"in yeni baş direktoru təyin edilib.

Klub daha əvvəl "Victory Soccer Limited" kompaniyasına məxsus idi.

Qeyd edək ki, hazırda turnir cədvəlinə başçılıq edən "Lill" dekabrın 20-də Fransa çempionatının XVI turu çərçivəsində PSJ ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi