Fransa klubunun futbolçusu koronavirusa yoluxdu

Fransa klubunun futbolçusu koronavirusa yoluxdu Fransa Dijonunun futbolçularından biri koronavirus xəstəliyinə yoluxub.
Futbol
27 İyun , 2020 11:10
Fransa klubunun futbolçusu koronavirusa yoluxdu

Fransa "Dijon"unun futbolçularından biri koronavirus xəstəliyinə yoluxub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, adı açıqlanmayan oyunçuda tibbi testlər nəticəsində aktiv və simptomsuz hal aşkarlanıb. Hələlik onun sağlıq durumu həyatı üçün təhlükə törətmir.

Mövcud tibbi protokollara uyğun olaraq, həmin şəxs karantini evində keçirəcək. Futbolçuları, personalı və bütün əməkdaşlarının sağlamlığını qorumaq üçün "Dijon" Fransa hökumətinin müəyyənləşdirdiyi qaydalara gələcəkdə də əməl edəcəyini bildirib. 

Qeyd edək ki, Fransada mövsüm vaxtından əvvəl yekunlaşdırılıb və PSJ qalib elan olunub. "Dijon" isə 16-cı yeri tutub.

Son xəbərlər

Orphus sistemi