Fransa çempionatında daha iki oyun etirazlara görə təxirə salınıb

Fransa çempionatında daha iki oyun etirazlara görə təxirə salınıb Bakı. 12 dekabr. REPORT.AZ/ Futbol üzrə Fransa çempionatında daha iki oyun təxirə salınıb.
Futbol
12 Dekabr , 2018 21:07
Fransa çempionatında daha iki oyun etirazlara görə təxirə salınıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Futbol üzrə Fransa çempionatında daha iki oyun təxirə salınıb. 

"Report" Fransa Liqa 1-in rəsmi saytına istinadən xəbər verir ki, çempionatın 18-ci turunda keçirilməsi planlaşdırılan "Nitsa" - Sent-Etyen" və "Nant" - Monpelye" əvvəlcədən təyin olunan vaxtda oynanılmayacaq.

Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub. Oyunların polisin tələbi ilə təxirə salındığı bildirilir. 

Qeyd edək ki, Fransada etirazlara görə bir neçə oyun təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi