Frank Riberi "Bavariya"ya qayıda bilər

Frank Riberi "Bavariya"ya qayıda bilər İtaliyanın "Fiorentina" klubundan ayrılan Frank Riberi yenidən Almaniya "Bavariya"sının formasını geyinə bilər.
Futbol
7 Avqust , 2021 11:31
Frank Riberi Bavariyaya qayıda bilər
Frank Riberi

İtaliyanın "Fiorentina" klubundan ayrılan Frank Riberi yenidən karyerasını Almaniya "Bavariya"sında davam etdirə bilər.

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi hazırda Münhendə fərdi məşqlər edir və karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdə keçirir.

"Bavariya"nın İdarə Heyətinin sədri sədri Oliver Kan və fəxri prezident Uli Hönnes fransalı oyunçunun kluba qayıtmasını istəyir.

Qeyd edək ki, Frank Riberi 2007 - 2019-cu illərdə "Bavariya"nın formasını geyinib. O, Münhen təmsilçisinin heyətində 8 Almaniya çempionluğu və UEFA Çempionlar Liqasını qazanıb.

Son xəbərlər

Orphus sistemi