FIFA və FIFPro dünya çempionatının 2 ildən bir keçirilməsini müzakirə edəcək

FIFA və FIFPro dünya çempionatının 2 ildən bir keçirilməsini müzakirə edəcək Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) FIFA ilə dünya çempionatının hər iki ildən bir keçirilməsi təklifini müzakirə edəcək.
Futbol
551
14 Sentyabr , 2021 20:52
FIFA və FIFPro dünya çempionatının 2 ildən bir keçirilməsini müzakirə edəcək

Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) FIFA ilə dünya çempionatının hər iki ildən bir keçirilməsi təklifini müzakirə edəcək.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, hər iki qurumun nümayəndələri yaxın günlərdə bununla bağlı görüş keçirəcəklər.

FIFPro daha əvvəl həm kişi, həm də qadın futbolunda beynəlxalq təqvimi hərtərəfli öyrənmədən belə bir dəyişikliyin qəbul edilə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, dünya çempionatının hər iki ildən bir keçirilməsi təklifi ilə İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi, hazırda isə FIFA-da Futbolun inkişafı şöbəsinə rəhbərlik edən Arsen Venger çıxış edib.

Son xəbərlər

Orphus sistemi