FIFA Rusiya və Ukraynanın pley-off oyunları ilə bağlı qərarını açıqlayıb
Futbol
- 08 mart, 2022
- 19:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Polşa yığması futbol üzrə 2022-ci il dünya çempionatının pley-off mərhələsində finala vəsiqə qazanıb.
"Report"un FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu qərar Rusiya milli komandasının bütün beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə əlaqədar verilib.
Polşa DÇ-2022-yə vəsiqə uğrunda son görüşdə İsveç - Çexiya matçının qalibi ilə üz-üzə gələcək.
Digər tərəfdən, FIFA pley-offun Ukrayna və Şotlandiya milliləri arasındakı yarımfinal oyununu iyuna təxirə salıb. Bu addım Ukrayna tərəfinin xahişindən sonra atılıb. Finala vəsiqə uğrunda digər qarşılaşma Uels və Avstriya arasında olacaq.
Qeyd edək ki, DÇ-2022-nin püşkü aprelin 1-də Qətərin paytaxtı Dohada atılacaq.
Son xəbərlər
10:50
AQTA: Son bir həftədə nar məhsulları ilə bağlı 21 pestisid bildirişi gəlib
ASK
10:37
AKİA rəsmisi: "Müasir istixanalar üçün hər hektara 5 000 manat subsidiya veriləcək"
ASK
10:36
Foto
Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar
Xarici siyasət
10:34
Lazer hamarlaması torpaq sahələrində məhsuldarlığı 40 %-ə yaxın artıra bilər
ASK
10:31
Foto
Ağdamda Şəhər Günü münasibətilə yarmarka və incəsənət sərgisi təşkil olunub
Qarabağ
10:30
Azərbaycan və Yunanıstan təhsil sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
Elm və təhsil
10:25
Məleykə Abbaszadə: Müasir universitet gəncləri ölkənin gələcəyi üçün məsuliyyət daşımağa hazırlamalıdır
Elm və təhsil
10:17
Polşada NATO aviasiyası Ukraynadakı hava həyəcanı səbəbindən havaya qaldırılıb
Digər ölkələr
10:16
Foto
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
Xarici siyasət