FIFA prezidenti: "Onlar məsuliyyət daşımalıdırlar"

FIFA prezidenti: "Onlar məsuliyyət daşımalıdırlar" FIFA prezidenti Canni İnfantino Avropa Super Liqasının yaradılmasına münasibət bildirib
Futbol
20 Aprel , 2021 12:39
FIFA prezidenti: Onlar məsuliyyət daşımalıdırlar
Canni İnfantino

FIFA prezidenti Canni İnfantino Avropa Super Liqasının yaradılmasına münasibət bildirib.

"Report"un məlumatına görə, isveçrəli funksioner bununla bağlı fikirlərini UEFA Konqresindəki çıxışında bölüşüb.

O, açıq danışacağını söyləyib: "Biz Superliqanı əsla dəstəkləyə bilmərik, bu, şübhəsizdir. Superliqa müvafiq institutlardan, liqalardan, UEFA və FIFA-dan qopmuş qapalı mağazadır. UEFA-nın tam dəstəkləyirik".

İnfantino Superliqanı yaradanların məsuliyyət daşıdıqlarını bildirib: "Məqsədim və hədəfim Avropanın idman modelini, klub yarışlarını və milli komandaları müdafiə etməkdir. İnsanlar hərtərəfli düşünməli və məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Bəziləri öz yollarını seçirlərsə, seçimlərinin nəticələri ilə barışmalı və buna görə məsuliyyət daşımalıdırlar. Kokret olaraq, bu, o anlama gəlir ki, siz ya oyundasınız, ya da yox".

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, "Yuventus"dan Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

Son xəbərlər

Orphus sistemi