FIFA prezidenti Bakıda təşkil edəcəkləri turnirlə bağlı danışıb

FIFA prezidenti Bakıda təşkil edəcəkləri turnirlə bağlı danışıb FIFA prezidenti Canni İnfantino qurumun martda təşkil edəcəyi turnirlərlə bağlı fikirlərini bölüşüb.
Futbol
27 Fevral , 2024 09:33
FIFA prezidenti Bakıda təşkil edəcəkləri turnirlə bağlı danışıb

FIFA prezidenti Canni İnfantino qurumun martda təşkil edəcəyi turnirlərlə bağlı fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, funksioner FIFA Seriyası adlanan yarışın milli komandalar üçün qlobal səviyyədə irəliyə doğru müsbət addım olduğunu bildirib.

"Üzv assosiasiyalarımız uzun müddətdir ki, dünyanın hər yerindən olan həmkarlarına qarşı özlərini sınamaq istədiklərini bizə deyirlər. Hazırda bunu beynəlxalq matç təqvimi çərçivəsində edə bilərlər. Daha mənalı oyunlar futbolçular, komandalar və azarkeşlər üçün qarşılıqlı əlaqəni təmin edəcək və oyunun inkişafına töhfə verəcək", - İnfantino vurğulayıb.

Qeyd edək ki, martda Əlcəzair, Azərbaycan, Səudiyyə Ərəbistanı və Şri Lankada turnir gerçəkləşəcək. Bakıdakı yarışda millimizlə yanaşı, Monqolustan, Tanzaniya və Bolqarıstan mübarizə aparacaq. Yığma Monqolustan və Bolqarıstan kollektivləri ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi