FIFA Nikaraqua yığmasının kapitanı Xuan Barreranın ilin ən yaxşı futbolçusu ilə bağlı sorğuda səsinin düzgün hesablanmaması ilə bağlı iddiasını təkzib edib.
“Report” xəbər verir ki, ali futbol qurumundan TASS-a futbolçunun imzası və Nikaraqu Futbol Federasiyasının möhrü olan müvafiq sənəd təqdim olunub.
FIFA-nın “The Best” mükafatı üçün səsvermədə Barreranın ilin ən yaxşı futbolçusu kimi 1-ci yeri Lionel Messiyə, 2-ci sıranı Sadio Mane, 3-cü pilləni Kriştiuanu Ronalduya verdiyi qeyd olunub. Lakin Nikaraqua yığmasının kapitanı Messiyə səs vermədiyini açıqlayıb.
Qeyd edək ki, Messi ilin ən yaxşı futbolçusu nominasiyasında Vircil van Deyk və Kriştianu Ronaldunu qabaqlayıb.