FIFA meydana daxil olan azarkeşlərə görə AFFA-nı cərimələyib

FIFA meydana daxil olan azarkeşlərə görə AFFA-nı cərimələyib FİFA İntizam Komitəsi AFFA-nı cərimələyib.
Futbol
1 Noyabr , 2021 20:06
FIFA meydana daxil olan azarkeşlərə görə AFFA-nı cərimələyib
0 : 00
0 : 00

FİFA İntizam Komitəsi AFFA-nı cərimələyib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Azərbaycan millisinin Bakıda Portuqaliyaya qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Meydana daxil olan azarkeşlər milli assosiasiyanı 5 000 İsveçrə frankı məbləğində ziyana salıb.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılmış və qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmanın sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi