FIFA konfederasiyanın rəhbərinə 5 illik cəza verdi

FIFA konfederasiyanın rəhbərinə 5 illik cəza verdi Afrika Futbol Konfederasiyasının (CAF) rəhbəri və FIFA-nın vitse-prezidenti Əhməd Əhməd 5 il müddətinə futboldan kənarlaşdırılıb.
Futbol
23 Noyabr , 2020 15:43
FIFA konfederasiyanın rəhbərinə 5 illik cəza verdi
Əhməd Əhməd

Afrika Futbol Konfederasiyasının (CAF) rəhbəri və FIFA-nın vitse-prezidenti Əhməd Əhməd 5 il müddətinə futboldan kənarlaşdırılıb.

"Report" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, diskvalifikasiya qərarı FİFA-nın müstəqil etika komitəsinin məhkəmə palatası tərəfindən intizam istintaqı əsasında verilib.

Əhməd vəzifəsindən sui-istifadə, pul mənimsəmə, ofisdə hədiyyələr qəbul etmək və ya təqdim etməkdə günahkar bilinir.

Funksioner 200 min İsveçrə frankı məbləğində də cəzalandırılıb.

Son xəbərlər

Orphus sistemi