FIFA İcraiyyə Komitəsinin sabiq üzvü ev dustaqlığında vəfat edib

FIFA İcraiyyə Komitəsinin sabiq üzvü ev dustaqlığında vəfat edib FIFA-nın korrupsiya iddiasına görə həbs olunan Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) sabiq prezidenti Nikola Leos vəfat edib.
Futbol
29 Avqust , 2019 13:45
FIFA İcraiyyə Komitəsinin sabiq üzvü ev dustaqlığında vəfat edib

FIFA-nın korrupsiya iddiasına görə həbs olunan Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) sabiq prezidenti Nikola Leos vəfat edib.

"Report" "ABC Color"a istinadən xəbər verir ki, əvvəllər FIFA İcraiyyə Komitəsinin üzvü olan funksioner 91 yaşında dünyasını dəyişib.O, Paraqvayın paytaxtı Asunsyonda ev dustaqlığında idi.

Qeyd edək ki, Leos 2015-ci ilin mayında İsveçrənin Sürix şəhərində korrupsiya ittihamı ilə həbs edilib. Daha sonra məlum olub ki, Leos xələfi Euxenio Fiqeredo ilə müəyyən səbəblərdən üçüncü şəxslərə 140 milyon dollar ödəyib. O, 1986-cı ildən 2013-cü ilədək CONMEBOL-un rəhbəri olub. 

Son xəbərlər

Orphus sistemi