FIFA ən yaxşı baş məşqçi adına namizədləri açıqladı

FIFA ən yaxşı baş məşqçi adına namizədləri açıqladı FIFA-nın versiyasına əsasən ilin ən yaxşı baş məşqçisi adına nazimədlər bəlli olub.
Futbol
25 Noyabr , 2020 13:45
FIFA ən yaxşı baş məşqçi adına namizədləri açıqladı

FIFA-nın versiyasına əsasən ilin ən yaxşı baş məşqçisi adına namizədlər bəlli olub.

"Report" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərənin "Lids Yunayted" komandasından Marselo Byelsa, Almaniya "Bavariya"sından Hans Flik, İngiltərə "Liverpul"undan Yurgen Klopp, İspaniya "Sevilya"sından Xulen Lopetegi və İspaniya "Real Madrid"dən Zinəddin Zidan iddia edir.

Qadın komandalarında namizədlər İspaniya "Barselona"sından Luis Kortes, İtaliya "Yuventus"undan Rita Quarino, İngiltərə "Çelsi"sindən Emma Heys, Almaniya "Volfsburq"undan Ştefan Lerx, Norveçin "LSK Kvinner" komandasından Hege Riise, Fransa "Lion"undan Jan-Lyuk Vasser və Niderland yığmasından Sarina Viqmandır.

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək. Tədbir onlayn formatda təşkil ediləcək. Səsvermə 25 noyabr - 9 dekabrda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi