FİFA bəzi ölkələrə Əfqanıstandan qadın futbolçuların təxliyəsi ilə bağlı müraciət edib

FİFA bəzi ölkələrə Əfqanıstandan qadın futbolçuların təxliyəsi ilə bağlı müraciət edib FİFA bəzi ölkələrin hökumətlərinə Əfqanıstandan bir sıra qadın futbolçuların təcili təxliyyəsi ilə bağlı məktub göndərib.
Futbol
280
22 Avqust , 2021 13:49
FİFA bəzi ölkələrə Əfqanıstandan qadın futbolçuların təxliyəsi ilə bağlı müraciət edib

FİFA bəzi ölkələrin hökumətlərinə Əfqanıstandan bir sıra qadın futbolçuların təcili təxliyəsi ilə bağlı məktub göndərib.

Bu barədə “Report” BBC-yə istinadən xəbər verir.

Məlumata görə, qadın futbolçular ölkədə hakimiyyət dəyişikliyindən sonra öz həyatları üçün təhlükədən ehtiyat edirlər. FİFA-da bildiriblər ki, Əfqanıstanda vəziyyət əvvəlki kimi qeyri-sabit və son dərəcə gərgin olaraq qalır.

Xatırladaq ki, radikal hərəkatın döyüşçüləri avqustun 15-də paytaxt Kabilə daxil olaraq, Əfqanıstanda “müharibənin başa çatdığını", ölkənin "azad olduğunu” bildiriblər. Hərəkatın nümayəndələri qeyd ediblər ki, tezliklə İslam əmirliyinin yaradılmasını elan edəcəklər. “Taliban” həmçinin xarici qoşunların ölkədən çıxarılmasını tələb edib.

Budan əvvəl Əfqanıstanın futbol üzrə qadın yığmasının sabiq kapitanı Xalidə Popal ölkədə hakimiyyətin dəyişməsindən sonra qadınların üzləşdiyi dəhşətlərdən danışıb.

Son xəbərlər

Orphus sistemi