FIFA “Barselona”nı klublararası dünya kubokuna dəvət etmək niyyətində deyil

FIFA “Barselona”nı klublararası dünya kubokuna dəvət etmək niyyətində deyil FIFA “Barselona”nı 2025-ci ildə ABŞ-də yenilənmiş formatda keçiriləcək klublararası dünya kubokuna dəvət etmək niyyətində deyil.
Futbol
31 dekabr 2023 12:43
FIFA “Barselona”nı klublararası dünya kubokuna dəvət etmək niyyətində deyil

FIFA “Barselona”nı 2025-ci ildə ABŞ-də yenilənmiş formatda keçiriləcək klublararası dünya kubokuna dəvət etmək niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilib ki, La Liqa 2025-ci il sözügedən turnirdə yalnız iki komanda ilə təmsil oluna bildiyindən və Madrid “Real”ı Çempionlar Liqasının 2021/2022 mövsümünün qalibi kimi ora çağırıldığından La Liqadan daha bir komanda çempionata qatıla bilər.

Lakin qurumla Kataloniya klubu arasında münasibətlərdə gərginlik olduğu üçün FIFA-nın “Barselona”nı turnirə dəvət etməyəcəyi vurğulanıb. Bu gərginliyə səbəb klub rəhbərliyinin Superliqa yaradılması layihəsini dəstəkləməsi ilə bağlı ola bilər.

Xatırladaq ki, klublararası dünya kubokunun yenilənmiş variantında 32 komanda iştirak edəcək: Avropadan 12, Cənubi Amerikadan 6, Afrika, Asiya və Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən (CONCACAF) 4, Okeaniyadan isə 1 klub təmsil olunacaq. Turnir ABŞ-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi