FİFA Rusiya və Qətəri haqlı çıxarıb

FİFA Rusiya və Qətəri haqlı çıxarıb Ali futbol qurumu Rusiya və Qətərin qalib olduğu səsvermə ilə bağlı araşdırmanın yekunlarını təqdim edib
Futbol
13 Noyabr , 2014 13:23
FİFA Rusiya və Qətəri haqlı çıxarıb

Bakı. 13 noyabr.REPORT.AZ/ 2018 və 2022-ci il dünya çempionatlarına təşkilatçı ölkə seçiminin gedişində heç bir qayda pozuntusu açıqlamayıb. "Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun rəsmi açıqlamasında bildirilib.

Sənəddə deyilir ki, bir ilədək davam edən araşdırma zamanı 75 şahid dindirilib, sorğuların audioyazıları toplanılıb. Ümumilikdə araşdırmalar çərçivəsində 200 min səhifəyə yaxın material yığılıb.

Qeyd edək ki, Rusiya DÇ-2018-ə, Qətər isə DÇ-2022-yə təşkilatçılıq hüququna 2 dekabr 2010-cu ildə yiyələnib. Rusiya, İngiltərə, eləcə də Belçika - Hollandiya və İspaniya - Portuqaliya müştərək duetinə qalib gəlib. Qalmaqal isə Britaniya mətbuatında FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Məhəmməd ibn-Həmmamın Qətərin qələbəsi naminə 5 milyon dollar rüşvət verməsinə dair xəbərlərdən sonra başlayıb. 

Son xəbərlər

Orphus sistemi