Fernandu Santuş: "Daha yaxşı nəticəyə layiq idik"

Fernandu Santuş: "Daha yaxşı nəticəyə layiq idik" "Report"un məlumatına görə, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Canni De Byazi İtaliyanın Turin şəhərində Azərbaycan yığmasına hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib
Futbol
25 Mart , 2021 02:07
Fernandu Santuş: Daha yaxşı nəticəyə layiq idik
Fernandu Santuş

"İlk hissədə oyuna nəzarət tam olaraq bizdə idi. Daha çox qol vura bilərdik. Rəqibin meydanın mərkəzini keçib-keçmədiyini bilmirəm. Top itkilərindən yaxşı istifadə etdik və kompakt oynadıq".

"Report"un məlumatına görə, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş İtaliyanın Turin şəhərində Azərbaycan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

67 mütəxəssis bildirib ki, oyun komandasının nəzarəti altında keçib: "Həlledici zərbələri yaxşılaşdırmalıyıq. Düzdür, bu gün avtoqolla qələbə qazandıq. Amma daha yaxşı nəticəyə layiq idik".

Təcrübəli baş məşqçi ikinci hissədə yaxşı oynamadıqlarını etiraf edib: "Ötürmələrdə səhvlərə yol verdik. Rəqib heç-heçəyə inanmağa başladı. Məğlubiyyətdən qaçmaq üçün yollar axtarırdılar. 3-4 epizodda qapımıza doğu zərbə vurmalarına imkan verdik. Joau Felişin meydana çıxmasından sonra isə vəziyyət yaxşılaşdı".

Santuş qələbə qazanmağın önəmli olduğunu vurğulayıb: "Bilirdik ki, bu cür oyunlar hər zaman çətin keçir. Fərqli hesabla qalib gələcəyimizi gözləyirdim. Bundan sonra Serbiya millisi barədə düşünə bilərik. Həmin qarşılaşma fərqli olacaq".

Son xəbərlər

Orphus sistemi