"Ferentsvaroş"un prezidenti "Qarabağ"la oyun üçün azarkeşlərə səslənib

"Ferentsvaroş"un prezidenti "Qarabağ"la oyun üçün azarkeşlərə səslənib Macarıstan "Ferentsvaroş"unun prezidenti Qabor Kubatov evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı azarkeşlərə çağırış edib.
Futbol
7 Avqust , 2022 20:22
Ferentsvaroşun prezidenti Qarabağla oyun üçün azarkeşlərə səslənib

Macarıstan "Ferentsvaroş"unun prezidenti Qabor Kubatov evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı azarkeşlərə çağırış edib.

"Report"un məlumatına görə, klubun rəsmi simvolu olan qartal talismanı ilə fotosunu paylaşan funksioner fanatları stadiona səsləyib.

O, postda "Haydı uşaqlar. Döyüşmək və irəli getmək lazımdır" yazıb.

Qeyd edək ki, avqustun 9-da "Groupama Arena"da keçiriləcək "Ferentsvaroş" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi