"Fənərbağça" və "Çelsi"də çıxış etmiş futbolçunun yeni klubu bəlli olub

Futbol
  • 10 sentyabr, 2024
  • 12:20
Fənərbağça və Çelsidə çıxış etmiş futbolçunun yeni klubu bəlli olub
Viktor Mozes

Türkiyənin "Fənərbağça" və İngiltərənin "Çelsi" klublarının şərəfini qorumuş Viktor Mozesin yeni klubu bəlli olub.

"Report" xəbər verir ki, nigeriyalı forvard İngiltərə Çempionşip təmsilçisi "Luton Taun"la anlaşıb.

33 yaşlı oyunçu son olaraq Rusiyanın "Spartak" (Moskva) kollektivində çıxış edib.

V.Mozes karyerası ərzində "Çelsi", "Liverpul" və "İnter" kimi klubların formasını geyinib.

Son xəbərlər

Bütün Xəbər Lenti