"Fənərbağça"nın kapitanı karyerasını bitirdi

"Fənərbağça"nın kapitanı karyerasını bitirdi Tanınmış türkiyəli futbolçu Emre Belözoğlu karyerasını "Fənərbağça"nın heyətində başa vurub.
Futbol
1008
26 İyul , 2020 01:39
Fənərbağçanın kapitanı karyerasını bitirdi
Emre Belözoğlu

Tanınmış türkiyəli futbolçu Emre Belözoğlu karyerasını "Fənərbağça"nın heyətində başa vurub. 

"Report"un məlumatına görə, 40 yaşlı yarımmüdafiəçi üçün son oyun Superliqanın XXXIV turunda "Rizespor"a qarşı olub. Meydana start heyətdə daxil olan kapitan 39-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib. Emre 63-cü dəqiqədə əvəzlənərkən, alqışlarla yola salınıb. Kapitanlıq sarğısını isə o, gənc oyunçu Ömər Faruk Beyazın qoluna taxıb.

Qeyd edək ki, Emre Belözoğlu 1996-cı ildə Zeytinburnuspor"un uşaq komandasından "Qalatasaray"a transfer olub. O, peşəkar futbolçu kimi ilk matçına bir il sonra çıxıb. Ardından Emre İtaliyanın "İnter", İngiltərənin "Nyukasl", İspaniyanın "Atletiko" klublarında forma geyinib. Təcrübəli oyunçu Türkiyədə "Başakşehir"də və müxtəlif vaxtlarda daha 2 dəfə "Fənərbağça"da çıxış edib. 

Son xəbərlər

Orphus sistemi