"Fənərbağça" məşhur baş məşqçi və futbolçu ilə anlaşıb

"Fənərbağça" məşhur baş məşqçi və futbolçu ilə anlaşıb Türkiyənin "Fənərbağça" komandasının baş məşqçi postuna Rafael Benites təyin olunacaq.
Futbol
6 İyun , 2021 11:09
Fənərbağça məşhur baş məşqçi və futbolçu ilə anlaşıb

Türkiyənin "Fənərbağça" komandasının baş məşqçi postuna Rafael Benites təyin olunacaq.

"Report"un "Defansa Central"a istinadən məlumatına görə, ispaniyalı mütəxəssislə 2+1 illik anlaşma əldə olunub. "Sarı-lacivərdlilər"in Benitesə yüksək maaşla yanaşı, "Real Madrid"də ehtiyatda qalmağa başlayan Marselonu transfer etməyə hazır olduğunu bildirib. Sol cinah oyunçusunun transferinin təcrübəli baş məşqçi ilə birgə gerçəkləşəcəyi vurğulanıb.

Qeyd edək ki, Rafael Benitesin son iş yeri olan Çinin "Dalyan İfan" komandasını yanvarın 23-də tərk edib. 61 yaşlı mütəxəssis İspaniyanın "Valensiya" və "Real Madrid", İngiltərənin "Liverpul", "Çelsi" və "Nyukasl", İtaliyanın "İnter" və "Napoli" kimi tanınmış komandalarında çalışıb. O, "Liverpul"a Çempionlar Liqası (2004/2005) və UEFA Super Kubokunu (2005), "Valensiya"ya UEFA Kubokunu (2003/2004), "Çelsi"yə Avropa Liqasını (2012/2013), "İnter"ə klublararası dünya çempionluğunu (2010) qazandırıb.

Son xəbərlər

Orphus sistemi