"Fənərbağça" inamlı qələbə ilə liderliyə yüksəlib

"Fənərbağça" inamlı qələbə ilə liderliyə yüksəlib Futbol üzrə Türkiyə Super Liqasında III tura yekun vurulub.
Futbol
23 Avqust , 2022 00:45
Fənərbağça inamlı qələbə ilə liderliyə yüksəlib

Futbol üzrə Türkiyə Super Liqasında III tura yekun vurulub.

"Report"un məlumatına görə, qapaınış oyununda "Fənərbağça" "Adana Demirspor"u qəbul edib. "Ülker" stadionunda keçirilən görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 21-ci dəqiqədə İstanbul təmsilçisi açıb. Enner Valensiya penaltidən fərqlənib. Ekvadorlu hücumçu 41-ci dəqiqədə özünün və komandasının 2-ci qolunu vurub. 48-ci dəqiqədə Miha Zayts rəqibi 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 55-ci dəqiqədə Adana təmsilçisindən Yunes Belhanda buraxılan qollardan birinin əvəzini çıxıb. 66-cı dəqiqədə qonaqların yeni transferi Artyom Dzyuba fərqi minimuma endirib. 83-cü dəqiqədə "Adana Demirspor"un ukraynalı müdafiəçisi Yaroslav Rakitski birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Oyunda son nöqtəni isə 84-c"sarı-lacivərdlilər"dən Ezcan Alioski qoyub.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Fənərbağça" liderliyə yüksəlib. 2 və 3-cü pillələrdə qərarlaşan "Başakşehir"lə "Beşiktaş" da eyni xala malikdir. 6 xalı olan "Adana Demirspor" isə 5-ci sırada qalıb.

Son xəbərlər

Orphus sistemi