Fatih Terim: "Ən böyük səhv mənimdir"

Fatih Terim: "Ən böyük səhv mənimdir" "Mayın 31-də müqaviləm başa çatır"
Futbol
1001
16 May , 2021 09:16
Fatih Terim: Ən böyük səhv mənimdir
Fatih Terim

"Çempionluğa çox yaxınlaşdıq. "Denizlispor"la matçda və bugünkü oyunda qol buraxmasaydıq, çempion idik. Qismət olmadı".

"Report"un məlumatına görə, bu fikirləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Super Liqasının XLII turunda "Yeni Malatyaspor"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

68 yaşlı mütəxəssis klubda işləyən hər kəsə və azarkeşlərə təşəkkür edib. Terim İstanbul təmsilçisindəki taleyi ilə bağlı bunları söyləyib: "Heç kim "Qalatasaray"ın baş məşqçisinə və futbolçusuna asanlıqla sataşmamalıdır. Hər kəs nə demək istədiyimi başa düşür. Narahat olmasınlar, daha yaxşı izah edəcəyəcəm. İndiki durumumuz mənim üçün heç də xoş deyil. Çempion olmalı idik. Səhv varsa, ən böyüyü mənimdir. Haqlarını halal etsinlər. Mən heç vaxt sözümdən dönmədim. Mayın 31-də müqaviləm başa çatır. Bəzi vaxtlar da istefa verə bilərdim, amma mən bunu "Qalatasaray" üçün etmədim. Sözümüzü yerinə yetirdik. Vəziyyət bundan ibarətdir".

Qeyd edək ki, "Qalatasaray" çempionatın sonunda "Beşiktaş" qədər - 84 xal toplasa da, top fərqinə görə çempionluğu əldə verib.

Son xəbərlər

Orphus sistemi