Farer adaları - Azərbaycan oyunu süni örtüklü meydançada keçiriləcək

Farer adaları - Azərbaycan oyunu süni örtüklü meydançada keçiriləcək Torshavn. 10 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının III turunun Farer adaları – Azərbaycan oyunu süni örtüklü meydançada keçiriləcək.
Futbol
3384
10 Oktyabr , 2018 13:00
Farer adaları - Azərbaycan oyunu süni örtüklü meydançada keçiriləcək

Torshavn. 10 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının III turunun Farer adaları – Azərbaycan oyunu süni örtüklü meydançada keçiriləcək.

Bu barədə "Report"un Farer adalarına ezam olunmuş əməkdaşına matçın baş tutacağı Torshavn şəhərindəki “Torsvollur” stadionunun işçiləri məlumat verib. 1999-cu ildə istifadəyə verilən arena 6 min tamaşaçı tutumuna malikdir.

İdman qurğusu süni örtüklü bir neçə meydançadan ibarətdir.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Elşən MƏMMƏDOV

Son xəbərlər

Orphus sistemi