Məşhur futbolçu “Monako”ya keçir

Məşhur futbolçu “Monako”ya keçir Bakı. 2 yanvar. REPORT.AZ/ İngiltərənin “Çelsi” klubunun futbolçusu Sesk Fabreqas karyerasını Fransa təmsilçisi “Monako”da davam etdirməyə yaxındır.
Futbol
1309
2 Yanvar , 2019 09:21
Məşhur futbolçu “Monako”ya keçir

Bakı. 2 yanvar. REPORT.AZ/ İngiltərənin “Çelsi” klubunun futbolçusu Sesk Fabreqas karyerasını Fransa təmsilçisi “Monako”da davam etdirməyə yaxındır.

“Report” “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı yarımmüdafiəçi sabiq komanda yoldaşı, hazırda “Monako”nun baş məşqçisi olan Tyerre Anrinin rəhbərliyi altında çıxış etmək istəyir.

Transferin gələn həftə rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Fabreqas karyerası ərzində İngiltərənin “Arsenal” və İspaniyanın “Barselona” komandalarının da formasını geyinib. O, 2014-cü ilin yayında “Çelsi” ilə 5 illik müqavilə bağlayıb və hazırda əsas heyətə düşməkdə çətinlik çəkir.

Son xəbərlər

Orphus sistemi