Ermənistan milli komandasının baş məşqçisi istefaya göndərilib

Ermənistan milli komandasının baş məşqçisi istefaya göndərilib Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq
Futbol
6 Aprel , 2018 14:47
Ermənistan milli komandasının baş məşqçisi istefaya göndərilib

Bakı. 6 aprel. REPORT.AZ/ Futbol üzrə Ermənistan milli komandasının baş məşqçisi Artur Petrosyan istefaya göndərilib.

"Report"un məlumatına görə, bu barədə qərar Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanla görüşün nəticəsində qəbul olunub. Millətlər Liqasına az vaxtın qaldığı və komandada dəyişiklik zərurətinin yarandığı vurğulanıb. Bu zaman Petrosyan istefa verdiyini açıqlayıb. Onun istefası qəbul olunub.

Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq. 

Qeyd edək ki, Artur Petrosyan Ermənistan millisinə 19 oktyabr 2016-cı ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında yığma 2018-ci il dünya çempionatının seçmə mərhələsini Qazaxıstanla birgə 7 xalla E qrupunun son 2 komandası kimi başa vurub.

Son xəbərlər

Orphus sistemi