Ermənilər Azərbaycana məxsus künc zərbəsini də oğurladı

Ermənilər Azərbaycana məxsus künc zərbəsini də oğurladı Həmin vaxt paytaxt təmsilçisinin baş məşqçisi Vaqif Sadıqov idi
Futbol
255
16 Aprel , 2021 16:14
Ermənilər Azərbaycana məxsus künc zərbəsini də oğurladı

Ermənistanın "Ararat-Armeniya" klubu Azərbaycansayağı künc zərbəsindən qol vurub.

"Report"un məlumatına görə, komanda bu taktikadan çempionatda "Şirak"la matçda istifadə edib.

16-cı dəqiqədə Aleksandr Karapetyan iki oyunçunun topun üzərindən tullanmasından sonra fərqlənib.

Qarşılaşma "Ararat-Armeniya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycansayağı künc zərbəsindən ilk qolu "Neftçi"nin heyətində çıxış etdiyi vaxt hazırda "Kəpəz"in baş məşqçisi olan Yaşar Vahabzadə vurub. Həmin vaxt paytaxt təmsilçisinin baş məşqçisi indi AFFA-nın vitse-prezidenti olan Vaqif Sadıqov idi.

Son xəbərlər

Orphus sistemi