"Sivasspor" ilə qarşılaşacağıq və bu, bizi çox sevindirir. İki qardaş ölkənin iki qardaş komandası üz-üzə gələcək. Baş verən hadisələr səbəbindən belə bir oyun bizim üçün motivasiya olacaq".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyənin "Roadyo Gol" nəşrinə açıqlamasında "Qarabağ"ın baş direktoru Emrah Çelikel UEFA Avropa Liqasının qrup mərhələsində "Sivasspor"la rəqib olmaları barədə danışarkən deyib.
Funksioner bu komandalar arasındakı qarşılaşmada tribunaların 30 faizinin azarkeşlərlə dolmasını istədiklərini bildirib: "Amma təbii ki, sağlamlıq hər şeydən önəmlidir. Futbol azarkeşlər üçün oynanılır. Bunu qeyd etmək lazımdır. Yerli çempionatda 1 oyun az keçirməklə 6-cı sıradayıq. Hədəfimiz son 7 mövsümdə olduğu kimi, çempionluqdur".
Qeyd edək ki, I qrupunda "Qarabağ" və "Sivasspor"la yanaşı, İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi" (Tel-Əviv) klubları da mübarizə aparacaq. Ağdam klubu ilk oyununu səfərdə Təl-Əviv təmsilçisinə qarşı keçirəcək.