Əmrah Çəlikəl: "Qurban Qurbanov həm "Qarabağ"da, həm də Azərbaycan millisində çalışacaq"

Əmrah Çəlikəl: "Qurban Qurbanov həm "Qarabağ"da, həm də Azərbaycan millisində çalışacaq" "Onun "Qarabağ"dan ayrılması müzakirə mövzusu deyil və bu, heç vaxt baş verməyəcək"
Futbol
3 Noyabr , 2017 10:44
Əmrah Çəlikəl: Qurban Qurbanov həm Qarabağda, həm də Azərbaycan millisində çalışacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ "Qurban Qurbanovu Azərbaycan millisinə baş məşqçi təyin olunması münasibətilə təbrik edirik. Bu, həm "Qarabağ", həm də Azərbaycan milli komandasının daha yaxşı olması üçün atılan addımdır". 

"Bunu "Report"a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl komandanın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan milli komandasının sükanı arxasına keçməsinə dair AFFA İcraiyyə Komitəsinin qərarını şərh edərkən deyib. Klub rəsmisi bildirib ki, 45 yaşlı mütəxəssis fəaliyyətini "Qarabağ"da da davam etdirəcək: "Bununla bağlı razılıq əldə olunub. Qurban Qurbanovun "Qarabağ"dan ayrılması müzakirə mövzusu deyil və bu, heç vaxt baş verməyəcək. Qurbanov həm millidə, həm də "Qarabağ"da çalışacaq". 

Qeyd edək ki, Qurban Qurbanov "Qarabağ"da 2008-ci ildən baş məşqçi vəzifəsində çalışır. 

Son xəbərlər

Orphus sistemi