“Mövsümün ilk yarısındakı nəticələr bizi qane edir”.
Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl komandanın 2023/2024 mövsümündəki çıxışı ilə bağlı danışarkən deyib.
Klub rəsmisi nəticələrdən razı qaldığını bildirib: “Komandanın nəticələri bizim üçün uğurludur. Hazırda Premyer Liqada birinci yerdəyik. Avropa Liqasında da çıxışımız istədiyimiz kimidir. Bu turnirdə pley-offa yüksəlmək şansımız davam edir. İnşallah, daha yaxşı olacaq”.
Qeyd edək ki, “Qarabağ” Premyer Liqada 15 turdan sonra 32 xalla turnir cədvəlinə başçılıq edir. Ağdam təmsilçisi UEFA Avropa Liqasında isə H qrupunda sona bir tur qalmış 7 xalla ikinci pillədə qərarlaşıb. Qurban Qurbanovun kollektivi son turda, dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”lə qarşılaşacaq.