Azərbaycan millisində bir legioner qaldı

Azərbaycan millisində bir legioner qaldı AFFA hazırda Yunanıstanın "Atromitos" klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.
Futbol
28 Avqust , 2020 14:34
Azərbaycan millisində bir legioner qaldı
Əmir Ağayev
0 : 00
0 : 00

Yunanıstanın "Atromitos" klubunda çıxış edən Əmir Ağayev Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, assosiasiya oyunçunun milliləşdirilməsi ilə bağlı FIFA-ya müraciət etsə də, hələ cavab almaylb. Hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır, AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir. 

Yığmanın UEFA Millətlər Liqasında keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına artıq avqustun 27-dən start verildiyi və məsələ ilə bağlı FIFA-nın hələ yekun qərar qəbul etməməsi nəzərə alınaraq, Ağayevin hazırkı toplanışa qatılmayacağı açıqlanıb.

Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Eddi İsrafilov ("Albasete", İspaniya) və Dmitri Nazarov ("Ertsgebirge", Almaniya) koronavirus pandemiyası ilə əlaqədar test və karantin prosedurları üzündən yığmadan imtina edib. Bu isə millinin qarşıdakı oyunlara cəmi bir legionerlə - İsveçrə "Qrashoper"inə yenicə transfer olan hücumçu Renat Dadaşovla hazırlaşa biləcəyi anlamına gəlir. 

Son xəbərlər

Orphus sistemi