Emin Mahmudov: "İnanıram ki, daha yaxşı oynayacağıq"

Emin Mahmudov: "İnanıram ki, daha yaxşı oynayacağıq" Azərbaycan millisinin futbolçusu Emin Mahmudov İtaliyanın Turin şəhərində Portuqaliya yığmasına uduzduqları DÇ-2022-nin seçmə mərhələ oyununu şərh edib
Futbol
25 Mart , 2021 03:27
Emin Mahmudov: İnanıram ki, daha yaxşı oynayacağıq

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov İtaliyanın Turin şəhərində Portuqaliya yığmasına uduzduqları DÇ-2022-nin seçmə mərhələ oyununu şərh edib.

"Report"un məlumatına görə, "Neftçi"də çıxış edən 29 yaşlı yarımmüdafiəçi matçın çətin keçdiyini bildirib.

"Çox ağır oyun oldu. Amma inanıram ki, daha yaxşı oynayacağıq", - o, feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi