Emin Ağayev "Sumqayıt"ın baş məşqçisi olmağa razılıq verməyib

Emin Ağayev "Sumqayıt"ın baş məşqçisi olmağa razılıq verməyib "Səbail"də məşqçi işləmək təklifi mənə yaxşı dostumdan gəlib"
Futbol
7 İyun , 2018 15:40
Emin Ağayev Sumqayıtın baş məşqçisi olmağa razılıq verməyib

Bakı. 7 iyun. REPORT.AZ/ "Yeni baş məşqçi Aftandil Hacıyev mənə zəng vurdu və onunla birgə çalışmağımı təklif etdi. Mən də məmnuniyyətlə razı oldum”.

Bunu “Report”a “Səbail”in futbol komandasının məşqçisi təyin edilən Emin Ağayev deyib.

Azərbaycan yığmasının sabiq futbolçusu bildirib ki, təklif onun üçün maraqlı olub: “Bunadək məşqçi kimi yalnız Rusiyada işləmişəm. Özümü Azərbaycanda sınamağı lazım bildim. Bu, mənim üçün faydalı təcrübə olacaq. Özü də təklif yaxşı dostumdan gəlib. Daha əvvəl dəvət edən olmamışdı. Belə bir imkan düşsəydi, qəbul edərdim”.

45 yaşlı mütəxəssis deyib ki, “Səbail”lə razılıq əldə etdikdən sonra “Sumqayıt” komandasının baş məşqçisi postuna dəvət alıb: “Belə bir variant vardı, lakin qəbul etmədim. Çünki artıq Aftandil Hacıyevə söz vermişdim. Kişi sözü isə hər şeydən önəmlidir. “Sumqayıt”la müqavilənin detallarını, maliyyə məsələlərini müzakirə etmədik. Çünki dərhal “yox” dediyim üçün buna lüzum qalmadı”.

Qeyd edək ki, 1994 – 2005-ci illərdə Azərbaycan millisinin formasını geyinmiş Emin Ağayev bunadək Rusiyada "Dağdizel” və Tver "Volqa”sına rəhbərlik edib. 45 yaşlı mütəxəssis “Səbail”ə gələnədək "Ximki” komandasında köməkçi-məşqçi kimi çalışırdı.

Son xəbərlər

Orphus sistemi