“Premyer Liqada gələn mövsüm komanda sayının artacağına inanmıram”.
Bunu “Report”a müsahibəsində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Azərbaycan Premyer Liqasında komanda sayının mümkün artımı ilə bağlı danışarkən deyib.
Qurum rəhbəri bunun baş vermə ehtimalının az olduğunu etiraf edib. 2022-2023 mövsümündə elitada klub sayının 8-dən 10-a çatdırıldığını xatırladan E. Səmədov bu ənənənin davamının çətin göründüyünü vurğulayıb: “Çünki ortada infrastruktur məsələləri var. Komanda tapmaq olar. Sadəcə, onun harada, hansı şərtlərdə çıxış etməsi vacibdir. Mövsümün gedişində problem yaranmasını istəmirik. Ancaq gələcəkdə bu sayın 14, 16, hətta 20 olmasını arzulayırıq”.
Elxan Səmədovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.