Elxan Məmmədov: “UEFA-nın pilot layihəsi AFFA üçün maraqlı oldu”

Elxan Məmmədov: “UEFA-nın pilot layihəsi AFFA üçün maraqlı oldu” "Hazırda biz strateji kommunikasiya planı üzərində işləyir və reallaşdırırıq"
Futbol
5 Aprel , 2018 15:42
Elxan Məmmədov: “UEFA-nın pilot layihəsi AFFA üçün maraqlı oldu”

Bakı. 5 aprel. REPORT.AZ/ "UEFA GROW pilot layihəsi AFFA üçün maraqlı oldu”.

“Report” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov UEFA GROW layihəsi haqqında danışarkən deyib.

E.Məmmədov bu istiqamətdə strateji kommunikasiya planı hazırladıqlarını söyləyib: “Tədqiqatların nəticələrinin təqdimatından sonra dəqiq plan hazırladıq. Hazırda biz strateji kommunikasiya planı üzərində işləyir və reallaşdırırıq. Bu, AFFA-nın müsbət imicinin qadın və kütləvi futbola sirayət etməsi üçündür”.

Qeyd edək ki, UEFA GROW 2015-ci ildə Azərbaycan da daxil olmaqla 6 ölkədə pilot layihə kimi tətbiq edilməyə başlayıb. Brend imicinin qaldırılması, rəqəmsal marketinq, gəlirlərin artırılması, kütləvi futbol sahələrini əhatə edən layihə çərçivəsində UEFA həmçinin strateji inkişaf planı və düzgün kommunikasiya strategiyası qurulmasında da futbol assosiasiyalarına dəstək göstərir. Hazırda 30-dan çox ölkədə tətbiq edilən layihə çərçivəsində UEFA nümayəndələri, layihəyə cəlb edilmiş agentliklər və konsultantlar, o cümlədən yerli futbol assosiasiyasının əməkdaşlarının iştirakı ilə müvafiq sahələr üzrə təhlillər aparılır, inkişaf planı hazırlanır. Bütün xərclər qarşılanmaqla yanaşı, hər ölkədə spesifik tələblərə görə UEFA tərəfindən əlavə büdcə ayrılması da mümkündür.

Son xəbərlər

Orphus sistemi