Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin A qrupu çərçivəsində iyunun 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə qarşılaşmasını izləmək üçün Azərbaycana səfərə gələn UEFA-nın baş katibi Teodor Teodoridislə görüşüb. Gö
Futbol
21 İyun , 2021 14:38
Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü
Elxan Məmmədov və Teodor Teodoridis

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA-nın baş katibi Teodor Teodoridislə görüşüb.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, görüşdə AVRO-2020-nin Bakıda keçirilən oyunları ilə bağlı müzakirələr aparılıb. UEFA rəsmisi təşkilatı işlərdən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Teodor Teodoridis AVRO-2020-də A qrupunun iyunun 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə qarşılaşmasını izləyib. Görüş İsveçrə yığmasının qələbəsi ilə yekunlaşıb - 3:1.

Son xəbərlər

Orphus sistemi