Elxan Məmmədov: "Klublar Komitəsində nə AFFA, nə də PFL təmsil olunacaq"

Elxan Məmmədov: "Klublar Komitəsində nə AFFA, nə də PFL təmsil olunacaq" "Komitə sədrini klubların özləri 1 il müddətinə seçəcəklər"
Futbol
29 Noyabr , 2014 17:53
Elxan Məmmədov: Klublar Komitəsində nə AFFA, nə də PFL təmsil olunacaq

Bakı. 29 noyabr. REPORT.AZ/ "Klublar Komitəsinin yaradılmasının Peşəkar Futbol Liqasının öz vəzifəsini yerinə yetirə bilməməsi ilə bağlamaq düzgün deyil. Bu qurumda nə AFFA, nə də Peşəkar Futbol Liqası təmsil olunacaq". "Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, komitədə yalnız klubların özləri yer alacaq: "Biz komandalara şərait yaradırıq ki, oturub müzakirə aparsınlar. Bu komitə futbolun inkişafına dəstək məqsədilə yaradılıb. Çünki hazırda AFFA və PFL-dən əlavə, klublar da futbolun inkişafı ilə məşğuldurlar. Biz klublara platforma yaratmalıyıq ki, yığışsınlar və öz aralarında müxtəlif təkliflər irəli sürsünlər. Bəziləri fikirləşirlər ki, Klublar Komitəsi hakimləri müzakirə edəcək. Xeyr, qətiyyən belə deyil. komitə inkişafdan danışacaq. Uşaq liqalarını, matçların teleyayım məsələlərini müzakirə edəcək".

Baş katibin sözlərinə görə, komitə sədrini klubların özləri səsvermə yolu ilə bir il müddətinə seçəcəklər: "Biz bir nəfər verəcəyik ki, iclasın protokolunu yazsın. Eləcə də ilk görüşü təqdimat məqsədilə biz təşkil edəcəyik. Sonra isə özləri görüşsünlər, müzakirələr aparsınlar, müvafiq təkliflər versinlər. Axı nəyə görə klublar fikirlərini ünvana mətbuat vasitəsilə çatdırmalıdırlar? Məsələn, hakimlərdən narazıdırlarsa, Xaqani Məmmədovu iclasa çağırsınlar. O da məruzə etsin. Eləcə də hakim-inspektorlardan Gülağa Cabbarov, yığmalardan onların baş məşqçiləri məruzə etməlidirlər".

Qeyd edək ki, Klublar Komitəsi AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi