Elxan Məmmədov: "Çempionlar Liqasının final matçını keçirmə şanslarımız çoxalıb"

Elxan Məmmədov: "Çempionlar Liqasının final matçını keçirmə şanslarımız çoxalıb" Üstünlüyümüz ondadır ki, stadionumuz yenidir və FİFA, UEFA-nın bütün standartlarına uyğundur"
Futbol
25 Mart , 2017 10:30
Elxan Məmmədov: Çempionlar Liqasının final matçını keçirmə şanslarımız çoxalıb

Bakı. 25 mart. REPORT.AZ/ "Azərbaycan bütün Avropanın diqqətini özünə cəlb edib. Bu, ölkədə futbolun inkişafı istiqamətində görülmüş işlərin, həyata keçirilmiş layihələrin məntiqi nəticəsidir".

"Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov "France Presse" agentliyinə açıqlamasında deyib. E.Məmmədov bildirib ki, Azərbaycan paytaxtı 2019-cu il Çempionlar Liqasının final matçına ev sahibliyi etsə, bu, 2020-ci il Avropa çempionatı öncəsi Bakı Olimpiya Stadionu üçün test olacaq. O, ələ düşən imkandan yararlanmağa çalışacaqlarını deyib: "Çempionlar Liqasının final matçını keçirməyə cəmi 2 namizədin olması şanslarımızı 50:50 nisbətində çoxaldır. Üstünlüyümüz ondadır ki, stadionumuz yenidir və FİFA, UEFA-nın bütün standartlarına uyğundur".

Qeyd edək ki, 2019-cu ildə Çempionlar Liqasının final matçını keçirməyə Bakı Olimpiya Stadionu ilə yanaşı, İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionu da namizəddir. Bakı şəhəri Tbilisi (Gürcüstan), Qlazqo (Şotlandiya), Frankfurt (Almaniya), Ştutqart (Almaniya), Sevilya (İspaniya) və İstanbul (Türkiyə) şəhərləri ilə 2019-cu il Avropa Liqasının final oyununa da namizədliyini irəli sürüb. UEFA İcraiyyə Komitəsi hər iki turnir üzrə qalib şəhərin adını sentyabrda açıqlayacaq.  

Son xəbərlər

Orphus sistemi