Elxan Məmmədov: "Bu qələbə bizə olduqca lazım idi"

Elxan Məmmədov: "Bu qələbə bizə olduqca lazım idi" "Komandamız sözün həqiqi mənasında inamlı təsir bağışladı. Xüsusən, ilk hissədə daha çox qol vurmaq imkanımız oldu. Lakin bir qol vura bildik. Bununla belə, şükürlər olsun ki, komandamız 3 xalı qazandı".
Futbol
2438
9 Sentyabr , 2020 08:50
Elxan Məmmədov: Bu qələbə bizə olduqca lazım idi

"Komandamız sözün həqiqi mənasında inamlı təsir bağışladı. Xüsusən, ilk hissədə daha çox qol vurmaq imkanımız oldu. Lakin bir qol vura bildik. Bununla belə, şükürlər olsun ki, komandamız 3 xalı qazandı".

Bunu "Report"a eksklüziv açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan yığmasının səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldiyi UEFA Millətlər Liqasının II tur matçından sonra deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, Bakıda Lüksemburqa 1:2 hesablı məğlubiyyətdən sonra səfərdə qələbə qazanmaq çox vacib idi: "Komandamız Bakıdakı məğlubiyyətin ardından özünə gəlməli idi. Millətlər Liqasında ikinci oyunda və 10 aylıq fasilədən sonra qələbə qazanmaq önəmli idi. Təbii ki, baş məşqçi Canni De Byazi futbolçularla fərdi söhbətlər edərək, müvafiq qaydada tapşırıqlarını vermişdi".

Məmmədov De Byazinin yığmanı Millətlər Liqasına yoldaşlıq oyunları keçirmədən hazırlamasına da diqqət çəkib: "Unutmamalıyıq ki, bu, De Byazi üçün 2-ci oyun idi və onun rəhbərliyi altında heç bir yoldaşlıq görüşü keçirilməmişdi. Belə deyək, hazırda o, öz eksperimentlərini rəsmi oyunlarda tətbiq edir. Fikrimcə, bu baxımdan, Millətlər Liqası yaxşı fürsətdir".

Orphus sistemi