Elşad Əhmədov: "Məğlubiyyətin əvəzini çıxmaq istəyirdik"

Elşad Əhmədov: "Məğlubiyyətin əvəzini çıxmaq istəyirdik" Bakı. 20 dekabr. REPORT.AZ/ Gərgin oyun keçdi. Səfərdə 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq istəyirdik. Futbolçular 70-80 faiz güclərini qoydular. Bu gün meydanda əzmkarlıq gördük. Ancaq taktiki planda çatışmazlıqlar oldu. Ən böyük problemlərimizdən biri odur ki, hücumda topu saxlaya bilmirik. Qəbələni təbrik edirəm. Qış fasiləsində çatışmazlıqlarımız üzərində işləyəcəyik.
Futbol
20 Dekabr , 2018 18:35
Elşad Əhmədov: Məğlubiyyətin əvəzini çıxmaq istəyirdik

Bakı. 20 dekabr. REPORT.AZ/ "Gərgin oyun keçdi. Səfərdə 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq istəyirdik. Futbolçular 70-80 faiz güclərini qoydular. Bu gün meydanda əzmkarlıq gördük. Ancaq taktiki planda çatışmazlıqlar oldu. Ən böyük problemlərimizdən biri odur ki, hücumda topu saxlaya bilmirik. "Qəbələ"ni təbrik edirəm. Qış fasiləsində çatışmazlıqlarımız üzərində işləyəcəyik".

"Report" xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab matçında "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb: 

- Filip İvanoviçin oynamamağı Qəbələdəki görüşdə etdiyi səhvlə - məğlubiyyətə gətirib çıxaran avtoqolla bağlı idi?

- Xeyr. O, həmin matçda zədələnib.

- "Neftçi"dən ayrılan yarımmüdafiəçi Rəşad Eyyubovun "Sabah"a keçməsi barədə xəbər yayılıb. Bu barədə nə deyə bilərsiniz?

- Belə bir söhbət var. Konkretləşdirək, təklifimizi edəcəyik.

- Demişdiniz ki, gedənləri müəyyənləşdirmisiniz. Onların adlarını açıqlaya bilərsiniz?

- Onu sabah deyərik. İclasımız olacaq, bundan sonra açıqlayarıq.

- Antalayadakı təlim-məşq toplanışınız digər komandalara nisbətən fərqlidir. Hamıdan tez gedirsiniz və qonşu ölkədə hamıdan çox qalacaqsınız. Bunun səbəbi nədir? 

- Bunu ona görə etdik ki, burada qalmağa yerimiz yoxdur. Ona görə elə Antalyada yığışmağı üstün tutduq.

Son xəbərlər

Orphus sistemi