Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununu idarə etdi

Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununu idarə etdi Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının çempionluq qrupunda 2-ci turun “Panatinaikos” – PAOK oyununu idarə edib
Futbol
5 Aprel , 2021 00:45
Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununu idarə etdi
Əliyar Ağayev

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının çempionluq qrupunda 2-ci turun “Panatinaikos” – PAOK oyununu idarə edib.

"Report"un məlumatına görə, təcrübəli baş hakimə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub. Təyinat Yunanıstan Futbol Federasiyasının dəvəti əsasında gerçəkləşib.

Afinadakı "Apostolos Nikolaidis" stadionunda təşkil olunmuş oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Federiko Maçeda 39-cu, Lukas Vilyafanyes 79-cu və Aytor Kantalapyedra 85-ci dəqiqədə vurub. Ağayev yerli komandanın 3, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərib.

Bu qələbə sayəsində xallarını 49-a çatdıran "Panatinaikos" 4-cü pilləyə yüksəlib və 3-cü yerdə gedən PAOK-la fərqi minimuma endirib. "Olimpiakos" 73 xalla 1-ci, "Aris" 54 xalla 2-cidir.

Son xəbərlər

Orphus sistemi