Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Futbol
13 Sentyabr , 2021 13:29
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
Əliyar Ağayev

FİFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.

"Report" xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində “Midtüllan” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasını idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Oyunun VAR hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdur.

Qeyd edək ki, görüş sentyabrın 16-da Herninq şəhərində oynanılacaq.

Son xəbərlər

Orphus sistemi