Əfran İsmayılov yeni klubu ilə müqavilə bağlayıb

Futbol
  • 11 iyun, 2018
  • 12:02
Əfran İsmayılov yeni klubu ilə müqavilə bağlayıb

Bakı. 11 iyun. REPORT.AZ/ “Sumqayıt” klubu yay fasiləsində ilk transferini gerçəkləşdirib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”dan ayrılan Əfran İsmayılovla 1 illik müqavilə bağlanılıb. 30 yaşlı yarımmüdafiəçi yeni komandasında da 22 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Əfran İsmayılov “Qarabağ”dan (163 oyun, 22 qol) başqa “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Xəzər Lənkəran” (11 oyun, 1 qol) və “İnter”in (10 oyun, 3 qol) formasını geyinib. 2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.

44 filmi