Əfran İsmayılov: “Karyeramı "Sumqayıt”da davam etdirəcəyəm”
Futbol
- 08 iyun, 2018
- 09:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayıov karyerasını “Sumqayıt”da davam etdirəcək.
Bu barədə “Report”a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O bildirib ki, "gənclik şəhəri" təmsilçisindən təklif alıb: “Sumqayıt”la danışığımız olub. Yekun razılıq əldə edilməsə də, təklifə müsbət baxıram. Yəqin ki, karyeramı bu klubda davam etdirəcəyəm”.
“Qəbələ”dən ayrılan yarımmüdafiəçi Elvin Məmmədov və “Kəpəz”i tərk edən müdafiəçi Şəhriyar Əliyevin də “Sumqayıt”a keçəcəyi gözlənilir.
Qeyd edək ki, Əfran İsmayılov karyerası ərzində “Qarabağ”, “Turan”, “Bakı”, “Xəzər Lənkəran” və “Keşlə”də çıxış edib.
Son xəbərlər
06:08
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
Digər ölkələr
05:43
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
Digər ölkələr
05:22
İsveçrədə milyonçunun arvadı supermarketdən oğurluq edərkən tutulub
Digər ölkələr
04:50
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər
Digər ölkələr
04:16
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
Region
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region