Meksika klubu Azərbaycan millisinin futbolçusu üçün yarım milyon avro ödəmək istəyir
Futbol
- 20 iyun, 2019
- 13:03
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov karyerasını Meksikada davam etdirə bilər.
“Report”un “Marca”ya istinadən verdiyi məlumata görə, başa çatan mövsümün yekunlarına əsasən, elitaya vəsiqə qazanan “Atletiko San-Luis” klubu 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bildirilir ki, Meksika təmsilçisi İsrafilovun keçidi üçün İspaniya çempionatının I divizonunda çıxış edən klubu “Alkorkon”a 500 min avro transfer haqqı ödəməyə hazırdır. Onun xidmətində İngiltərə Çempionşipində mübarizə aparacaq “Luton”nun da maraqlı olduğu vurğulanır.
Qeyd edək ki, “Atletiko San-Luis”in səhmlərinin 51 faizi İspaniyanın “Atletiko” klubuna məxsusdur. İsrafilovun “Alkorkon”la 2021-ci ilin iyununa qədər müqaviləsi var.
Son xəbərlər
01:21
Mərakeş Amerika hərbçilərinin itməsini terrorla əlaqəli olmadığını bildirib
Digər ölkələr00:49
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
Digər ölkələr00:35
İrəvana gedən İspaniya Baş nazirinin təyyarəsi Ankaraya məcburi eniş edib
Region00:10
"Formula 1": Antonelli ardıcıl üçüncü dəfə qalib gəlib
İdman23:47
İsveç Rusiyanı izləmək üçün ilk hərbi peykini orbitə buraxıb
Digər ölkələr23:24
İran Hörmüzlə bağlı addımları qonşu ölkələrlə əlaqələndirmək niyyətindədir
Region23:08
Tramp İranın yeni təklifini rədd edib
Digər ölkələr23:03
Lənkəranda çayxanada düşən mübahisə qanla bitib
Hadisə22:49