Yaponiya klubu 54 yaşlı futbolçu ilə müqaviləni yenilədi

Yaponiya klubu 54 yaşlı futbolçu ilə müqaviləni yenilədi Yaponiyanın "Yakohama" klubu futbolçusu Kazuyoşi Miura ilə müqavilənin müddətini uzadıb.
Futbol
11 Yanvar , 2021 10:03
Yaponiya klubu 54 yaşlı futbolçu ilə müqaviləni yenilədi
Kazuyoşi Miura

Yaponiyanın "Yakohama" klubu futbolçusu Kadzuesi Miura ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı hücumçu daha bir mövsüm karyerasını davam etdirəcək.

Qeyd edək ki, Kazuyoşi Miura 2005-ci ildən "Yakohama"da çıxış edir. O, Yaponiya yığmasının heyətində 89 oyuna 55 qol vurub və 1992-ci ildə Asiya Kubokunu qazanıb. Miura ən yaşlı futbolçu kimi tarixə düşüb.

Son xəbərlər

Orphus sistemi