Dünya çempionatında ilk qırmızı vərəqə göstərilib
Futbol
- 19 iyun, 2018
- 13:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında ilk qırmızı vərəqə qeydə alınıb.
"Report"un məlumatına görə, Yaponiya ilə H qrupunun oyununda sloveniyalı baş hakim Kolumbiya yığmasının yarımmüdafiəçisi Karlos Sançesi meydandan qovub.
Saransk şəhərindəki "Mordoviya Arena"da keçirilən matçın 3-cü dəqiqəsində Sançes özlərinə məxsus cərimə meydançasında topun qarşısını əllə kəsib. Bu səbəbdən, Skomina ona "qırmızı" vərəqə göstərib və Yaponiyanın lehinə penalti təyin edib. Sindzi Kaqava bu imkandan yararlanmağı bacarıb.
Lakin Kolumbiya yığması azlıqda olduğu halda, bərabərlik qolunu vurub. 39-cu dəqiqədə Xuan Kintero cərimə zərbəsindən fərqlənib - 1:1.
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr