"Düdelanj" - "Qarabağ" matçına ən ucuz bilet 75 avro olacaq

"Düdelanj" - "Qarabağ" matçına ən ucuz bilet 75 avro olacaq Qarabağın Avropa Liqasındakı rəqiblərindən olan Lüksemburq Düdelanjı qrup mərhələsinin oyunları üçün satacağı biletlərə yüksək qiymətlər qoyub.
Futbol
5 Sentyabr , 2019 10:32
Düdelanj - Qarabağ matçına ən ucuz bilet 75 avro olacaq

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan Lüksemburq "Düdelanj"ı qrup mərhələsinin oyunları üçün satacağı biletlərə yüksək qiymətlər qoyub.

"Report" "5minutes" nəşrinə istinadən xəbər verir ki, biletlər hər üç oyuna abunə olan şəxslərə satılacaq. Qiymətlər platformaya görə 75 avro ilə 150 avro arasında dəyişəcək. 

Fərdi bilet əvvəlcədən satışa çıxarılmayacaq. Bunlar, sadəcə bütün abunələr satılmadıqda matç günlərində azarkeşlərə təqdim olunacaq.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində “Düdelanj”la ilk matçını oktyabrın 3-də səfərdə, təkrar qarşılaşmasını isə dekabrın 12-də evdə keçirəcək. Lüksemburqdakı görüş 8 min azarkeş tutumuna malik "Jozi Bartel" stadionunda olacaq. 

Son xəbərlər

Orphus sistemi