"Düdelanj"ın futbolçusu: "Qarabağ"ın qapıçısının "Çelsi"də oynadığını bilmirdim"

"Düdelanj"ın futbolçusu: "Qarabağ"ın qapıçısının "Çelsi"də oynadığını bilmirdim" Lüksemburqun Düdelanj komandasının futbolçusu Antuan Bernye evdə İspaniya Sevilyasına qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından öncə açıqlama verib.
Futbol
7 Noyabr , 2019 12:14
Düdelanjın futbolçusu: Qarabağın qapıçısının Çelsidə oynadığını bilmirdim

Lüksemburqun "Düdelanj" komandasının futbolçusu Antuan Bernye evdə İspaniya "Sevilya"sına qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından öncə açıqlama verib.

"Report" "Walfoot" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu II turda "Qarabağ"a vurduğu qolu da xatırlayıb. Oyunun sonlarında komandasının yeganə qolunun müəllifi olan belçikalı oyunçu Ağdam təmsilçisinin məşhur qapıçısı Asmir Beqoviç barədə məlumatının olmadığını sözlərinə əlavə edib: "Beqoviçin "Stok Siti" və "Çelsi"də oynadığını bilmirdim. Ona qol vurmaq yaxşı hissdir, amma çalışmağa davam etməli və başqalarını da məyus etməliyik. Arzum İngiltərə Premyer Liqası, İspaniya La Liqası və Belçika çempionatında oynamaqdır".

Bernye "Sevilya" ilə görüşün çox çətin olacağını da vurğulayıb: "Biz oyunçular inanırıq, amma çətin olacağını bilirik".

Qeyd edək ki, qrup mərhələsinin II turunda Lüksemburqda keçirilmiş qarşılaşma "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə bitib. Bu gün keçiriləcək APOEL - "Qarabağ" və "Düdelanj" - "Sevilya" oyunları Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi